Almaniyanın III Bundesliqasında XXXIV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” "Zonnenhof Qrossaşpax"ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət meydana start heyətdə çıxıb. Futbolçumuz 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Proyssen" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az