15:09 22.04.2019 2687

Təmkin də belə getdi...

Təmkin yetərincə müasir oğlandı. Tanıyanlar bilir ki, davranışlarıyla avropalıları xatırlatmağı bacarır. Məsələn, heç kimə məhəl qoymadan yaşadığı Masazır qəsəbəsində hələ də təsbeh çevirən gənclərin kinayəli baxışları altında dizdən yuxarı şortla gəzə bilir. Yaxşı "pleysteyşn” oynayır. Sosial şəbəkədə Azərbaycan mentallığının sərhədlərini aşmış, romantik mesajlar yazmağı sıradan hal sayır... Nə isə... Çox dərinə getməyək. Əminəm ki, yuxarıdakı cümlələri oxuyanların bəziləri "burda pis nə var ki” düşüncəsi ətrafında qısa götür-qoy edib.


Olsun, heç biz də qısa şortla gəzənlərin dalınca fit çalanların və ya 1-2 daş atıb gizlənənlərin, belələrinə sataşıb əzişdirənlərin tərəfində deyilik. Məmləkətimizdə hər xarakterdə insan var. Həyat hərə üçün bir şəkildə davam edir.


...Böyük ümidlərlə gətirildiyi "Sabah”dan bu yaxınlarda qovuldu. "Qəbələ”dən ayrılıb ev oyunlarını yaşadığı kənddə keçirən klubla anlaşdığı üçün qınanan Xəlilzadə yenə diqqət mərkəzindədi. Nə yazıq ki, verdiyi uğurlu asmalar, sabit oyunuyla yox, ayağından çəkən xarakteri ilə...


Premyer Liqanın debütantının baş məşqçisi – Elşad Əhmədovun qısa zaman kəsiyində Təmkinə qapını göstərməsində qeyri-adi nəsə axtarmağa dəyməz. Hələ bölgə təmsilçisi ilə vidalaşanda "Sabah”ın sözügedən milli üzvü üçün "artırmaq” baxımından əlverişli məkan olduğunu vurğulamış, ruhunu saran romantikanın isə ona xüsusi əngəl yarada biləcəyindən bəhs etmişdim.


Alınmadı, milli azarkeşlərinin böyük qisminin sol cinahın ağası gözüylə baxmağa başladığı oyunçu karyerasını növbəti dəfə problemli xarakterinin güdazına verdi. Silsilə intizamsızlıqları ilə "Sabah”ın məşqçilər korpusunu boğaza yığan, nəhayət, bir qədər gecikmiş və layiqli cəzasını alan futbolçunun sabahını hamılıqla görəcəyik.


Əlbəttə, hələ də onu öz komandasında görmək istəyənlər var. Gəncdi, milli üzvüdü, necə deyərlər, qabında da nəsə var. Ancaq bu xarakterlə bu adamın böyüməyəcəyi gün kimi aydındı. Bundan sonra 6 ay "Neftçi”də, 6 ay "Səbail”də oynamaq şansı yaxalasa belə, zamanla oyununu da itirəcək, lazımsızlaşacaq. İnanmırsız? Gəlin, gözləyək.


Nihat Ağasoy

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X