"İlk oyundan sonra fikir bildirmək çətindi. İstənilən nəticə heç nə demək deyildi. Cavab görüşündə qalib gəlməyə çalışacağıq. Təəssüf ki, heyət qışdan əvvəl güclənmədi. Futbolçular sağ olsunlar ki, əllərindən gələni etdilər".
Fanat.Az-ın məlumatına görə, bunu "Zirə”nin çalışdırıcısı səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib.
Abasov finala vəsiqə qazancaqları halda hər futbolçunun 5 min manat mükafat alacağıyla bağlı yayılan informasiyalara da münasibət bildirib: "Bu haqda nəsə deməyim düzgün alınmaz. Siz məndən daha yaxşı bilərsiz. Onu deyə bilərəm ki, oyundan zövq aldım".
Fanat.Az