"Bu gün belə desək, oyunu yox, ilk 45 dəqiqəni bitirdik. Rəqibi həftə boyunca analiz etmişdik. Hər şey ikinci matçda həll olunacaq. Çempionatda da işlərimiz yaxşı getmir".
Fanat.Az-ın məlumatına görə, bunu "Sumqayıt"ın çalışdırıcısı "doğma divarlar” arasında "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, itkilərə baxmayaraq, heyətdəki futbolçular heç də geri qalmayıblar: "Sevindirici haldır ki, qol buraxmadıq. Qol vəziyyətlərimiz də oldu. Hamıdan razıyam".
Legionerlə çıxış etməyin üstünlüyündən bəhs edən Abbasov hansı komandaya gəldiyini yaxşı anladığını söyləyib: "Komandamıza güvənirəm. İnanıram ki, onlar mərhələ adlayacaqlar. Əlbəttə, 3 gündənbir oynamaq çətin olacaq. "Neftçi" ilə matçda bəzi futbolçuları qoruya bilərik. İstərdik ki, ilk dəfə finalda iştirak edək. Eyni zamanda sonuncu olmağı da arzulamırıq".
Fanat.Az