11:20 24.04.2019 2067

Fərid Nəbiyev: "Slaviya”nın əsas komandasında oynamağa tam hazıram"

2017-ci ildən Çexiyanın "Slaviya” klubunun formasını geyinən Fərid Nəbiyev bu mövsüm stabil uğurlu çıxışı ilə diqqət çəkir. Praqa təmsilçisinin gənclər komandasında oyunlara çıxan hücumçu hazırda oynadığı liqanın bombardiridi. Nəbiyevlə əlaqə saxlayıb bu mövsümkü performansı, gələcək planları barədə söhbətləşdik...
 
- Fərid, necəsən, "Slaviya”da işlərin necə gedir?
- Yaxşı gedir, təşəkkür edirəm. Hər şey qaydasındadı. Burdakı mühitə uyğunlaşmışam. Artıq 2 ildi burdayam. Hər şeyə tam öyrəşmişəm.
 
- 17 qolla Gənclər Liqasının bombardirisən. Öz çıxışın haqda nə deyə bilərsən?
- Builki oyunumu yaxşı dəyərləndirərdim, bundan daha yaxşı ola bilər.  17 qol vurmuşam, qarşıda isə daha 5 oyun var. Ümid edirəm ki, qalan turlarda qollarımın davamı gələr.
 
- Öz performansın yüksək olsa da, xüsusilə birinci mərhələdə komandanın nəticələri o qədər də yaxşı deyildi. Komanda şəklində daha uğurlu çıxış edə bilməməyinizin səbəbini nədə görürsən?
- Mən bu qədər qol vurmuşamsa, əlbəttə, bunu tək etməmişəm. Burda komanda yoldaşlarımın da payı çoxdu. Düzdü, birinci mərhələdə işlərimiz o qədər də yaxşı getmədi. Amma indiki durumumuz yaxşıdı. Düşünürəm ki, qalan oyunlarda uğurlu çıxışımızı davam etdirə bilərik.
 
- Gənclər komandasının liderisən, bu mövsüm bir oyunda da əsas komandanın iştirak ərizəsinə daxil edilmişdin. Azərbaycanlı futbol azarkeşlərinə maraqlıdı ki, Fərid nə vaxt əsas komandanın daimi üzvünə çevriləcək...
- Əlbəttə, bütün gənc futbolçular istəyir ki, klubunun əsas komandasına dəvət alsın, orda oynasın. Mənim də məqsədim budu. Ancaq bunun üçün aşağı yaş komandalarında uğurlu çıxış etməlisən. Çalışıram ki, burda uğurlu oynayıb, diqqət çəkim və əsas komandaya yüksəlim. Ümid edirəm, yaxın vaxtlarda bu istəyimə çata biləcəm.
 
- Özünü əsas komandada oynamağa hazır hesab edirsən?
- Bəli. Tam hazıram və şansımı gözləyirəm.
 
- "Slaviya” Çexiya I Liqasında indiki halda liderdi. Əgər əsas komandaya yüksəlsən, ciddi rəqabətlə üzləşəcəksən. Bundan çəkinmirsən?
- Buna 100 faiz hazıram. Tək "Slaviya” yox, hər yerdə rəqabət var. Buna görə də öz üzərində daim işləmək və hazırlığı artırmaq lazımdı.
 
- Çexiya mətbuatından oxuduğumuz qədər klubun ən potensiallı gənclərindən sayılırsan. Səninlə bağlı gələcək planları barədə əsas komandanın baş məşqçisi ilə danışmaq imkanın olub?
- Xeyr. Baş məşqçi ilə bu barədə heç bir söhbətimiz olmayıb. Sadəcə, şansımı gözləyirəm.
 
- Çexiya və Azərbaycan futbolunu, yəni həm əsas çempionatı, həm öz oynadığın Gənclər Liqasını müqayisə etsən, hansı fərqləri qeyd edə bilərsən?
- Burda fiziki futbola daha çox üstünlük verilir, Azərbaycanda isə texniki tərəflər önəmlidi.  Çempionatın səviyyəsi çox yüksəkdi. Həm komandalar güclüdü, həm də azarkeş, futbol ab-havası baxımından ciddi fərq var. Bura gəldiyim ilk vaxtlarda fiziki durumum o qədər də yüksək deyildi. Ancaq yavaş-yavaş komandaya, ölkəyə, çempionata uyğunlaşdım. Məşqlərlə fiziki durumumu da qaydasına qoydum. İndi hər şey yaxşıdı.
 
- Azərbaycanlı futbolçular adətən ölkə xaricində çox tab gətirmirlər, ya darıxırlar, ya mühitə uyğunlaşa bilmədiklərindən və s. tez bir zamanda geri qayıdırlar. Artıq 2 ildi ölkə xaricindəsən. Səndə hansısa çətinlik yoxdu?
- Başqa futbolçular barədə heç nə deyə bilmərəm. Çünki hərənin öz məqsədi, istəyi, ideyası var. Mənim də məqsədim davamlı olaraq Avropada oynamaqdı. İstəyirəm, Azərbaycanı layiqincə təmsil edim. Əslində, burda darıxılacaq bir şey də yoxdu. Hər gün ailəmlə, yaxınlarımla danışıram. Yalnız bir fikrim var, o da yaxşı futbolçu olmaq.

- Bir çox futbolçu Çexiyadan daha güclü liqalara getmək üçün tramplin kimi istifadə edir. "Slaviya”nın əsas komandasına yüksəlmək məqsədi öz yerində, necə düşünürsən, Çexiyada olmaq sənə bu baxımdan da kömək ola bilərmi?
- Düzü, belə görmürəm. Sadəcə, hər şey özümdən asılıdı. Yaxşı oynayandan sonra güclü liqalardan da təklif alacam. Əlbəttə, məqsədim top-klublarda oynamaqdı. Ancaq bunun üçün əvvəlcə burda özümü göstərməliyəm.

- Qarşıdan U-21 millisinin seçmə mərhələ oyunları gəlir. Ölkə xaricində uğurlu çıxış edən gənc futbolçu kimi hamı səndən bu komandada lider olmağı gözləyir...
- Təbii ki, mən istəyərəm uğurlu oyunlarımı milli komandada davam etdirim. Kifayət qədər yaxşı heyətimiz, gözəl kollektivimiz var. İnanıram ki, seçmə mərhələdə ölkəmizi layiqincə təmsil edəcəyik.

- Son tsikldəki uğursuz nəticələrdən sonra bu dəfə komandanın real gücünü və rəqibləri nəzərə alsaq, qrupda neçənci olmaq mümkündü, səncə?
- Qrupda Fransa aşkar favoritdi. Biz isə 2-3-cü yerlər uğrunda mübarizə apara bilərik. Çünki güclü oyunçularımız, yaxşı kollektivimiz var.

- Azərbaycan çempionatını izləyirsən?
- Vaxt olduqca oyunlara baxmağa çalışıram.

- Yetirməsi olduğun "Qəbələ” son illərlə müqayisədə bir qədər uğursuz çıxış edir, medalsız qalmaq ehtimalı var. Sabiq komandanı nə dərəcədə izləyirsən, builiki oyunları barədə nə deyə bilərsən?
- "Qəbələ”nin bütün oyunlarına baxmamışam. Bəzi matçları izləmişəm. Onların oyunları haqda bir şey deyə bilmərəm. Yetirməsi olduğum klub kimi "Qəbələ”yə yalnız uğur arzulayıram

- Çempionluğa kimi daha şanslı sayırsan, "Qarabağ”, yoxsa "Neftçi”?
- Məncə, "Qarabağ” daha şanslıdı. Düzdü, son turda "Neftçi”nin meydanında oynayacaqlar, ancaq 2 xallıq fərq yaradıblar və indi hər şey öz əllərindədir.

Mənbə: futbolpress.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:47

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X