Türkiyə Kubokunda sonuncu finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" səfərdə "Malatyaspor"a 5:2 hesabı ilə qalib gəlib və finala yüksəlib. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə yekunlaşmışdı.
"Qalatasaray"ın heyətində Henri Onyekuru dubl edib, Martin Linnes, Sofiane Fequli və Kostas Mitroğlu hərəyə bir qol vurub. "Yeni Malatyaspor"un qollarına isə Daniel Aleksiç və Mina Kostas Mitroğlu imza atıb.
Beləliklə, İstanbul təmsilçisi tarixində 23-cü dəfə adını kubokun finalına yazdırıb. İstanbul klubu 17 dəfə kubokun qalibi olub. Komanda bu göstəricidə turnirin rekordçusudu.
Qeyd edək ki, "Cim-Bom" həlledici görüşdə turnirin son qalibi "Akhisarspor"la qarşılaşacaq. Mat mayın 16-ı Sivasda oynanılacaq.
Fanat.Az