"Sabah"dan qeyri-adi müsabiqə: qalibi 960 manat mükafat gözləyir - VİDEO
"Sabah" Futbol Klubu "Qol var idimi?" müsabiqəsi elan edib.
Mövzu "Keşlə" ilə oyunun 90+6-cı dəqiqəsində komandanın əleyhinə verilən qol qərarıdı. Həmin epizodda top "Sabah"ın qapısına daxil olmuşdumu?
Klub təqdim edilən videonu izləyib, fikrini daha dolğun izah edən şəxsə 960 manat məbləğində mükafat vəd edib. Bunun üçün "Sabah" FK ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq. Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.