16:43 28.04.2019 2467

İlham Əliyev və Mehriban Əliyeva "Formula 1" yarışını seyr edir

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Fanat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının "Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edilib. Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər. Onları Əməkdar artistlər - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, "Ferrari” komandasının pilotu Sebastian Fettel dayandılar.

Qeyd edək ki, builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla "Mercedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə "Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 52 xalı var.

Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində "Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə "Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

10:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

Facebookdan bizi izləməyi unutmayın.
X