"Atletiko"nun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionundan bu dəfə fərqli məqsədlər üçün istifadə ediblər.
Fanat.Az xəbər verir ki, Madriddə yerləşən arenada porno film çəkilib. Bu barədə "Torb" ləqəbi ilə tanınan rejissor İqnasio Allende açıqlama verib.
Porno filmin 16 dəqiqə olduğunu deyən rejissor onu internet saytlarından izləməyin mümkün olduğunu bildirib.
Qeyd edək ki, İqnasio Allende təcavüz, cinsi istismar və insan alveri ittihamları ilə uzun illər həbsxanada yatıb. O, azyaşlı qızları məşhur futbolçulara və digər tanınmış şəxslərə satmaqda ittiham olunub.
Fanat.Az