10:58 29.04.2019 1440

Elxan Məmmədov: "Bakıda ingilis finalı olsa, pivə satışından bütün xərclərimizi çıxaracağıq”

"Şəxsən mən Bakıda ingilis-alman finalının olmasını arzulayıram”. 

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı fikirlərini açıqlayıb. O, ingilis klubunu Bakıda görmək arzusunu belə əsaslandırıb: "Bilirsiz ki, DÇ-1966-nın həlledici oyunu ilə bizim birbaşa bağlılığımız var. Həmin finalın hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Tarixdən bildiyiniz kimi, o da ingilislərə yeganə dünya çempionluğunu qazandırıb. Düşünürəm ki, ingilislər də bunu xatırlayır. İngiltərəli azarkeşlər üçün xüsusi Tofiq Bəhramov guşəsi hazırlayacağıq. Onları hakimin abidəsinin yanına da aparacağıq”. 
E. Məmmədov azərbaycanlı azarkeşlər üçün finala 15 min biletin ayrıldığını da açıqlayıb: "UEFA martda biletlərin onlayn satışına başladıqda dərhal 21 mini öz sahibini tapdı. İnsanlar Bakıya gəlmək üçün biletlər alırdılar. UEFA ilə razılığa görə 15 min bilet Azərbaycan azarkeşlərinə satılacaq. Hərəyə 10 min bilet finalçı komandaların payına düşəcək. Əminəm ki, stadion dolacaq və kulisdə futbol bayramı yaşayacağıq. Əlbəttə, finalda ingilisləri görmək iqtisadi baxımdan da sərfəlidir. Tək pivə satışından bütün xərclərimizi çıxaracağıq”. 

Baş katib Rusiya mətbuatına müsahibəsində AVRO-2020-nin oyunları barədə danışmağın tez olduğunu deyib: "Həmin bayram daha uzun sürəcək. Azərbaycan final mərhələsinə yüksəlməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik”. 

O, "Formula-1” üzrə Azərbaycan Qran-prisi və AVRO-2020-nin eyni vaxtda keçirilmək ideyasına da münasibət bildirib: "Çox çətin məqamdır. Çünki burda tam fərqli azarkeşlərdir. Hələ avtomobil yarışlarının təqvimi yoxdur. Gərək elə olsun ki, hər hansı bir münaqişə yaşanmasın”.  

E. Məmmədov yığmamızın inkişafı üçün təmsilçilərimiz legioner həyatı yaşamasının vacibliyindən də danışıb: "Futbolumuzun problemi ondadır ki, oyunçularımız evdən kənara getmək istəmirlər. Hava yaxşıdır, hər şey xoşlarına gəlir və ona görə də getmirlər. İnkişaf etmək üçün isə xaricə getmək lazımdır”.  (matc.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

Facebookdan bizi izləməyi unutmayın.
X