İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu ada "Liverpul”un müdafiəçisi Vircil van Deyk layiq görülüb. Hollandiya millisinin üzvü Rahim Sterlinq, Serxio Aquero, Bernardo Silva (hamısı "Mançester Siti”), Eden Hazard ("Çelsi”) və komanda yoldaşı Sadio Manenini qabaqlayıb.
Rahim Sterlinq isə mövsümün ən yaxşı gənc oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, ötən mövsüm ən yaxşı futbolçu Məhəmməd Salah ("Liverpul"), ən yaxşı gənc futbolçu isə Leroy Sane ("Mançester Siti") seçilmişdi.
Fanat.Az