“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı səhhəti ilə əlaqədar Rusiya paytaxtı Moskvada tibbi müayinədən keçməyə getmişdi.
O, öz həkimləri ilə görüşüb. Müayinələr nəticəsində həkimlər ona müalicəsini davam etdirməyi məsləhət görüblər.
Hacıyev tezliklə “Neftçi” rəhbərliyi ilə görüş keçirəcək. Görüşdə həm komandanın yeni mövsümə, Çempionlar Liqasına hazırlıq prosesi, eləcə də transferlərlə bağlı məsələlər müzakirə olunacaq.
İdman24.az