Türki aktrisa Dilan Dəniz Çiçək "Beşiktaş"ın futbolçusu Kile Larinin ona mesaj yazaraq sevgli olmağı təklif etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, qatıldığı bir tədbirdə danışan aktrisa iddiaları təkzib edib: "Olmayan bir şeyin yayılması məni təəccübləndirdi. Belə bir hadisə olmayıb".
Qeyd edək ki, belə bir iddia ilə "Kanal D"də yayımlanan "2. Sayfa" proqramı çıxış edib. Bildirilib ki, kanadalı futbolçu aktrisaya sevgili olmağı təklif edib və "Çox güclüyəm, çox varlıyam və kanadalıyam" yazıb.
Dilan Çiçək Dəniz "Çukur" serialında Səna Koçovalı obrazını canlandırıb. Yamaç Kosovalının həyat yoldaşı obrazını oynayan bir neçə həftə əvvəl öldürülərək serialdan çıxarılıb.
Fanat.Az