Bütün cənubi azərbaycanlılar sabah Təbrizə yığışacaq - İrana qarşı...
Təbrizin "Traktorsazi" klubu İran çempionatının XXVIII həftəsində turnirin ən prinsipial görüşlərindən birinə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin hazırkı lideri olan Tehranın "Persepolis” komandasını qonaq edəcək. Görüş mayın 1-də, Bakı vaxtilə saat 17.30-da başlayacaq və Təbrizin "Səhənd” stadionunda keçiriləcək.
Qeyd edək ki, Tehranın "Persepolis” və "İstiqlal” klubları İran hökuməti tərəfindən dəstəklənir. Maliyyə yardımları bir yana, İran Futbol Federasiyası və İdman Nazirliyi davamlı olaraq paytaxt komandalarının xeyrinə ssenari qurub, onları çempion edir.
Bütün bunları nəzərə alan "Traktorsazi" azarkeşləri çərşənbə günü keçiriləcək görüşdə aktiv iştirak edəcəklərini açıqlayıblar. Məlumata görə, artıq Cənubi Azərbaycanın müxtəlif şəhərlərindən olan azarkeşlər Təbrizə gəlməyə hazırlaşır. Çərşənbə günü keçiriləcək görüş bütün futbolsevər soydaşlarımızın diqqət mərkəzindədi.
Oyunu Cənubi Azərbaycanın mətbu orqanı olan GünAz TV kanalı canlı yayımlayacaq.
Fanat.Az