2016-cı ildə qatıldığı "Miss Minnesota" gözəllik yarışmasında bir anda bütün diqqətləri üzərinə çəkən Halima Aden "Sports Illustrated" jurnalı üçün kamer qarşısına keçib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı müsəlman model jurnalın çimərlik geyimi sayı üçün başörtülü çimərlik geyimləri ilə fotolar çəkdirib.
"Sports Illustrated" onunla bağlı qeyri-adi bir təqdimata yer veribö Belə ki, dərginin açılış yazısında "Halima Adenin yeni simamız olduğunu elan etdiyimiz üçün həyacanlıyıq. Aden dərgiyə başörtülü və təsəttür mayolu şəkillər çəkdirən ilk müsəlman model oldu" yazılıb.
Fotolar onun doğulduğu Keniyada çəkilib. Şəkilləri ilə bağlı danışan müsəlman model "Burda miqrant düşərgəsindəyəm. Amerikada yuxu kimi yaşadım və indi Keniyaya gəlib, "Sports Illustrated" üçün bu ölkənin gözəl yerlərində fotolar çəkdirdim" deyib.
Qeyd edək ki, Keniyadakı bir miqrant düşərgəsində doğulan və 7 il burda yaşayan Somalli əsilli Halima Aden daha sonra ABŞ-a köçüb. O, 19 yaşında "Miss Minnesota" gözəllik yarışmasına qatılıb və yarımfinala çıxıb.
Fanat.Az