Region Liqasının İşçi Qrupu AFFA İntizam Komitəsinin "Füzuli” – "FC Baku” komandalarının oyunu ilə bağlı çıxardığı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, 1/2 final qarşılaşmasının "FC Baku” – "Şahdağ” oyununun nəticəsini ləğv edib.
Fanat.Az-ın futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbol başbilənləri Qusar təmsilçisinin birbaşa finala yüksəlməsini uyğun sayıb.
Eyni zamanda, digər yarımfinal oyununda "Uğur”a məğlub olmuş "Araz –Naxçıvan” birbaşa Region Liqasında 3-cü yerin sahibi olub.
Qeyd edək ki, danışılmış oyunlarda günahlandırılan "Füzuli” və "FC Baku” klubları İntizam Komitəsinin 29.04.2019-cu il tarixli qərarına əsasən, cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.
Fanat.Az