Belçika Futbol Assosiasiyası "Anderlext"i cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Brüssel təmsilçisinə texniki məğlubiyyət verilib. Buna səbəb azarkeşlər olub.
Belə ki, Belçika çempionatının pley-off mərhələsinin IV turunun "Standard"la matçında fanatlar mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və birinci hissədə meydana fişənglər atıb. Nəticədə görüş 32-ci dəqiqədə "Standard" hesabda 2:0 öndə olarkən dayandırılıb və daha sonra ləğv olunub.
"Anderlext" buna görə 0:5 hesablı texniki məğlubiyyət alıb və növbəti ev matçını boş tribunalar önündə keçirəcək.
Fanat.Az