Məşhur "Barsa"lı - hazırda Qətərin "Əl - Sədd" klubunda oynayan Xavi Hernandes karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, AS nəşrinə danışan veteran yarımmüdafiəçi mövsümün sonunda "butslarını mıxdan asacağını” deyib:
"Bu, mənim futbolçu kimi sonuncu mövsümümdü, səbrsizliklə məşqçilik həyatımda nələr olacağını gözləyirəm".
39 yaşlı oyunçu "Barselona”nın yetirməsidir. 1998-ci ildən kataloniyalıların əsas komandasında çıxış edən Xavi 8 dəfə La Liqa, 4 dəfə isə Çempionlar Liqası çempionu olub. Onun aktivində həmçinin 6 İspaniya, 2 UEFA Superkuboku, 2 dəfə isə klublar arası dünya birinciyili var.
İspaniya millisinin heyətində isə Xavi 2010-cu ildə dünya, 2008, 2012-ci ildə isə Avropa çempionluğunu qazanıb.
Fanat.Az