Fransa Kubokunun "Renn”lə final oyununda rəqib futbolçu Damyen da Silvanın dizinə ayağı ilə bilərəkdən zərbə vuran PSJ-nin futbolçusu Kilian Mbappe cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, Fransa Futbol Federasiyasının İntizam Komitəsi gənc hücumçuya 3 oyunluq cəza verib. Mbappe bu səbədən Liqa 1-in "Nitsa", "Anje" və "Dijon"la oyunlarını buraxacaq.
Qeyd edək ki, Liqa 1-də mövsümün bitməsinə 4 tur qalıb. Gənc futbolçu yalnız son turun "Reyms"lə oyununda meydana çıxdı.
Fanat.Az