Bir müddət əvvəl Kriştiano Ronaldonun keçmiş sevgilisi İrina Şeykin arasındakı münasibətlərin saxta olduğu iddia edilmişdi.
Belə bir iddia ilə çıxış edən rus aparıcı və aktrisa Viktoriya Bonya futolçu və modelin reklam üçün birlikdə olduğunu, 5 illik müqavilə bağladıqlarını və anlaşma bitdikdən sonra ayrıldıqlarını bildirib: "Ronaldo və İrina 5 illik müqavilə imzalamışdı. Müqavilə bitdi, ayrıldılar. Bildiyimə görə, Ronaldonun indiki sevgilisi ilə də müqaviləsi var. İndiki qadınlar hər şeyi etməyə hazırdı. Mən belə bir şeyi əsla etməzdim. Həqiqi bir ailə və həqiqi bir həyat yoldaşı istəyirəm".
İrina Şeyk iddialarla bağlı ilk dəfə danışıb: "Haqqımızda çox şey yazıldı. Amma həqiqət budu ki, Kriştiano mənə bir çox qadınla xəyanət etdi. Münasibətlərimizi bitirən səbəb budu".
Qeyd edək ki, Ronaldo hazırda Ceorcina Rodrigeslə, Şayk Bradli Kuperlə birlikdədi.
Fanat.Az