"Real" azarkeşləri Kriştiano Ronaldonun Madrid klubuna qayıtmasını istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə hazırda "Yuventus"da çıxış edən portuqaliyalı fubolçu "El Pais" nəşrinə açıqlamasında deyib.
"İspaniya səfərim zamanı insanlar mənə xrş münasibət göstərdi. Mən bunu heç vaxt unutmayacam. "Real" azarkeşləri bilir ki, mən komandaya çox şey vermişəm. Onlar məni çox sevir. Madrid küçələrində insanlar yaxınlaşıb, "Real"a qayıtmağımı xahiş edirlər. Deyirdilər "bura sənin evindi". Bu sözləri eşitmək həqiqətən gözəl hissdi" deyə Ronaldo bildirib.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real"da çıxış edib.
Fanat.Az