İngiltərə Premyer Liqasında çempionluq və Çemionlar Liqasında finala vəsiqə uğrunda mübarizə aparan "Liverpul" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "qırmızıları"n hücumçusu Məhəmməd Salah sıradan çıxıb.
Misirli futbolçu Prmeyer Liqanın XXXVII turunda "Nyukasl”la keçirilən görüşdə (3:2) zədələnib. Matçın 2-ci hissəsində rəqib qapıçısı ilə toqquşan futbolçu başından zərbə alıb. O, meydanı xərəkdə tərk edib.
Görüşdən sonra komandanın baş məşqçisi Yurgen Klopp bombardirin başından güclü zərbə aldığını, son durumunun müayinədən sonra bilinəcəyini deyib.
Fanat.Az