"Qarabağ"da qalacam. Çünki hələ 1 illik müqaviləm var".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva deyib.
Braziliyalı qolkiper komandasının çempioluğu ilı bağlı fikirlərini bildirib: "Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Sizin də qeyd etdiyiniz kimi, avrokubok oyunları da öz təsirini göstərir. Nəticələrimizdə məşqçimizin xüsusi payı var. Bizi bir an belə nəzarətsiz buraxmadı. Sonda çempion olduq".
Qeyd edək ki, 32 yaşlı qolkiper ötən yay Belçikanın "Mouskron" klubundan "Qarabağ"a keçib. Vaqner Ağdam təmsilçisinin heyətində 25 oyuna çıxıb.
Fanat.Az