18:24 06.05.2019 1661

Topaz Premyer Liqası: Bombardir kim olacaq?

Topaz Premyer Liqasının 2018/19 mövsümünün bitməyinə 1 tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir. 

Fanat.Az xəbər verir ki, "Neftçi”dən Baqali Dabo, "Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür. 

Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasına aydınlıq gətirib. Belə hal baş verəcəyi təqdirdə ən az oyun keçirən, ən az penaltidən yararlanan və ən çox məhsuldar ötürmə edən oyunçu bombardir olacaq. 

Son turda "Neftçi” öz meydanında "Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransalı oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) Dabo ardıcıl ikinci dəfə Premyer Liqanın ən məhsuldar oyunçusu seçiləcək.

Azərbaycan millisinin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda "flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Topaz Premyer Liqasının 2018/19 mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.

Qeyd edək ki, "şəriklər”in ən yaxın izləyicisi, "Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X