AFFA 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisini dəyişib. Fanat.az xəbər verir ki, son seçmə mərhələdə uğursuz çıxış edən komandanın baş məşqçisi Arif Əsədov postundan ayrılıb.
Əsədovun yerini kimin tutacağı da bəllidi. AFFA bu posta U-17-nin baş məşqçisi Nikolay Adamı təyin edib. Yığmamız alman mütəxəssisin rəhbərliyi altında gələn ilin yanvarında Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.
Fanat.az