14:36 07.05.2019 2040

U-16 Liqasının yaxşıları seçildi

Aprelin 18-də U-16 Liqasında 2018/19-cu illər mövsümünə yekun vuruldu. «Qəbələ» birinciliyin qalibi oldu. «Sabah» gümüş, «Keşlə» isə bürünc medallara sahib çıxdı. 

Çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 14 komandanın məşqçiləri arasında sorğu apardı. Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkillər 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev heç kimə səs vermədi. Qalan 13 məşqçinin fikrinə əsasən 2 futbolçu eyni xalla mövsümün ən yaxşısı seçildi. Bunlar «Zirə»nin və U-17 millimizin kapitanı Cəlal Hüseynovla «Qəbələ»nin və U-17 millimizin hücumçusu Mehrac Baxşəliyevdir. 3-cü yerə 17 xalla Rauf Rüstəmli («Qəbələ») layiq görüldü. İlk «beşliy»i Raufdan 2 xal az toplayan Əbil Əbilovla («Keşlə») və Gülağa Əsədov («Qəbələ») qapadılar.

Sorğuda ümumilikdə 29 futbolçunun adı çəkilib. Siyahıda ən çox «Qəbələ» və «Keşlə»li futbolçular yer alıblar – hərəyə 6 nəfər. «Neftçi»dən 4, «Zirə» və «Sabah» və «Səbail»dən 3, «Qarabağ», «Viləş», «Neftçi» İK İB və Gəncə TİM-dən isə 1 futbolçunun «29-luq»da adı var. Adları çəkilənlərdən 2-i – Kamran Şabıyevlə («Sabah»), Rza Cəfərov («Neftçi») qapıçıdır. Maraq üçün qeyd edək ki, ötən ilki sorğunun qalibinin adı siyahıda yoxdur. 

Yeri gəlmişkən, «Het-trik news» qəzeti 2003-cü il təvəllüdlü futbolçular arasında ötən mövsümün yekunlarına əsasən də bu tip sorğu keçirmiş və «Qəbələ»nin hücumçusu, hazırda «Keşlə»də çıxış edən Kamal Kazımov 1-ci, Əbil Əbilov 2-ci, Cəlal Hüseynov isə 3-cü yeri tutmuşdular. 32 futbolçunun adı çəkildiyi ötən ilki sorğuda ilk beşliyi Mehrac Baxşəliyevlə Əli Tağıyev  («Keşlə») qapamışdılar. 

Liqanın ən yaxşılarına mükafatlar U-16 liqasında iştirak edən komandalar arasında mayın sonunda keçirilməsi nəzərdə tutulan turnirin finalında təqdim olunacaq.
 


Səsvermənin nəticələri:
 
1-2. Cəlal Hüseynov («Zirə») - 28
1-2. Mehrac Baxşəliyev («Qəbələ») - 28
3. Rauf Rüstəmli («Qəbələ») - 17
4-5. Gülağa Əsədov («Qəbələ») - 15
4-5. Əbil Əbilov («Keşlə») - 15
6. Rauf Ağasənov («Səbail») - 13
7. Rəşad Həsənov («Keşlə») - 8
8-9. Ümid Həmzəyev («Qəbələ») - 7 
8-9 Vaqif Həsənov («Keşlə») – 7
10-13. Asif Məmmədov («Qəbələ») – 5
10-13. Rza Cəfərov («Neftçi») - 5
10-13. Nihat Cəfərov («Neftçi») - 5
10-13. Məhəmməd Tağıyev («Keşlə») - 5
14-17. Kamran Şabıyev («Sabah») - 4
14-17. Həsən Seyfullayev («Sabah») - 4
14-17. Əşrəf Zeynallı («Qarabağ») - 4
14-17. Samir Əliyev («Viləş»)  - 4 
18-19. Seymur Məmmədov («Keşlə») - 3
18-19. Elməddin Qurbanlı («Səbail») - 3 
20-24. Ülvi Mədətov («Qəbələ») - 2
20-24. Hüseyn Babayev («Neftçi») - 2
20-24. Aşqın Abəzərov («Neftçi» İK İB) - 2
20-24. Əli Tağıyev («Keşlə») - 2
20-24. Nurəli Nurəliyev («Zirə») - 2
25-29. Nicat Quliyev («Səbail») - 1
25-29. Tural Axverdiyev («Neftçi») -1 
25-29. Bəhruz Tanrıverdiyev («Sabah») – 1
25-29. Ümid Səmədov (Gəncə TİM) - 1
25-29. Məhəmməd Səfərov («Zirə») - 1

Şəffarlıq olsun deyə, məşqçilərin hansı futbolçulara səs verdiklərini də açıqlayırıq:

Xaqani Məmmədov («Qəbələ»nin baş məşqçisi)

1. Əbil Əbilov («Keşlə»)
2. Cəlal Hüseynov («Zirə»)
3. Rəşad Həsənov («Keşlə»)
4. Rauf Ağasənov («Səbail»)
5. Nicat Quliyev («Səbail»)

İlqar Mənsimov («Sabah»ın baş məşqçisi)

1. Gülağa Əsədov («Qəbələ»)
2. Əbil Əbilov («Keşlə»)
3. Cəlal Hüseynov («Zirə»)
4. Mehrac Baxşəliyev («Qəbələ»)
5. Tural Axverdiyev («Neftçi»)

Xəyal Mustafayev («Keşlə»nin baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Kamran Şabıyev («Sabah»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Rüstəmli («Qəbələ»)
5. Rauf Ağasənov («Səbail»)

Yaşar Abuzərov («Səbail»in məşqçisi)

1. Rauf Rüstəmli («Qəbələ»)
2. Gülağa Əsədov («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Əbil Əbilov («Keşlə»)
5. Cəlal Hüseynov («Zirə»)

Mirbağır İsayev («Neftçi»nin baş məşqçisi)

1. Rəşad Həsənov («Keşlə»)
2. Rauf Rüstəmli («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Ağasənov («Səbail»)
5. Əbil Əbilov («Keşlə»)

Cəfər Hüseynov («Zirə»nin baş məşqçisi)

1. Rza Cəfərov («Neftçi»)
2. Nihad Cəfərov («Neftçi»)
3. Əbil Əbilov («Keşlə»)
4. Ümid Həmzəyev («Qəbələ»)
5. Gülağa Əsədov («Qəbələ»)

Asif Əlizadə («Qarabağ»ın baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Rauf Ağasənov («Səbail»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Rüstəmli («Qəbələ»)
5. Nihad Cəfərov («Neftçi»)

İlham Səmədov (Gəncə TİM-nin baş məşqçisi)

1. Ümid Həmzəyev («Qəbələ»)
2. Həsən Seyfullayev («Sabah»)
3. Məhəmməd Tağıyev («Keşlə»)
4. Ülvi Mədətov («Qəbələ»)
5. Bəhruz Tanrıverdiyev («Sabah»)

Ramin Babayev («Neftçi» İK İB-nin baş məşqçisi)

1. Asif Məmmədov («Qəbələ»)
2. Rauf Ağasənov («Səbail»)
3. Vaqif Həsənov («Keşlə»)
4. Mehrac Baxşəliyev («Qəbələ»)
5. Nurəli Nurəliyev («Zirə»)

Kənan Seyfullayev («Viləş»in baş məşqçisi)

1. Gülağa Əsədov («Qəbələ»)
2. Rauf Rüstəmli («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Məhəmməd Tağıyev («Keşlə»)
5. Məhəmməd Səfərov («Zirə»)

Nizami Ocaqverdiyev («Turan Tovuz»un baş məşqçisi)

1. Mehrac Baxşəliyev («Qəbələ»)
2. Əşrəf Zeynallı («Qarabağ»)
3. Elməddin Qurbanlı («Səbail»)
4. Hüseyn Babayev («Neftçi»)
5. Vaqif Həsənov («Keşlə»)

Qəhrəman Əliyev (İsgəndər Cavadov BFA-nın baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Samir Əliyev («Viləş»)
3. Seymur Məmmədov («Keşlə»)
4. Əli Tağıyev («Keşlə»)
5. Ümid Səmədov (Gəncə TİM)

Samir Əliyev (ROİL-nin baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Mehrac Baxşəliyev («Qəbələ»)
3. Vaqif Həsənov («Keşlə»)
4. Aşqın Abəzərov («Neftçi» İK İB)
5. Nürəli Nurəliyev («Zirə»)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X