"Real Madrid"in xorvat ulduzu Luka Modriç gələn mövsüm də klubda qalmaq istəyir.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyonun klubdan gedişindən sonra Modriçin də "Çelsi"yə gedəcəyi gözlənilirdi.
""Real"dan ayrılma ehtimalımı belə düşünmək istəmirəm. Amma başqa klubların mənimlə maraqlandığı doğrudur. Hər kəs bu klubda oynamağı xəyal edər. Mənim də xəyalım bu idi. Mourinyo gedəndə çox üzüldüm. Məni bu kluba gətirən o idi. Onunla çalışmaq şəfəfdir", deyə Modriç bildirib.