09:42 11.05.2019 1388

Haqverdiyev: "Hətta üçüncü olmaq şansımız da var idi"

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2018/19 mövsümünə yekun vurulub. 

 

Fanat.Az xəbər verir ki, "Sabah”ın əvəzedici komandası mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurub. Əvəzedici heyətin baş məşqçisi Vasif Haqverdiyev komandanın son mövsümkü çıxışı barədə fikirlərini klub saytına bildirib:


"U-19 Liqasından sonra birbaşa 1-ci divizionda çıxış etmək bizim üçün əlverişli idi. Komandanın özəyini 2000-ci il təvəllüdlü uşaqlar təşkil edirdi. İkinci dövrədə komandamızda hətta 1998-ci il təvəllüdlü futbolçu belə yox idi. 2 nəfər 1999-cu il təvəllüdlü futbolçu var idi. Qalan oyunçularımız isə 2000, 2001, 2002, hətta 2003-cü il təvəllüdlü idilər. Əsas məqsədimiz bu uşaqları əsas komandaya qazandırmaqdı”.


Mövsümün gedişində "Sabah”ın əvəzedici heyətinin bir neçə futbolçusu əsas komandaya cəlb olundu ki, onlardan da 3-ü (Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo) Premyer Liqada debüt etmək imkanı da əldə etdilər:


"Mövsümün gedişində 3 futbolçumuz – Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo Premyer Liqada əsas komandamızda debüt etdi. Reza qısa müddətdi komandamızda olsa da, artıq əsas komandamızın baş məşqçisi Elşad Əhmədovun diqqətini cəlb edə bilib. O, "Neftçi” ilə oyunda Premyer Liqada debüt də etdi.


Bundan əlavə, Zahid Mərdanov, Kənan Həsənov, Tolqar Yaqubov, Elçin Mustafayev də əsas komandanın məşqlərinə qatılmağa başladılar. Bu, sevindirici məqamdı. Elə bizim əsas məqsədimiz də bu idi. Fikrimcə, bu uşaqlar gələcək üçün ümid verirlər”.


"Sabah-2” mövsümü 8-ci pillədə başa vursa da, etibarlı müdafiə xətti ilə diqqət çəkdi. Haqverdiyevin yetirmələri mövsüm ərzində qapısında cəmi 20 top gördü ki, bu da, çempionatda ən yaxşı göstəricidir. Ümumilikdə, baş məşqçi komandanın çıxışından razı qaldığını bildirib. O, bu komandadakı futbolçuların potensialına inandığını qeyd edib:


"Mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurduq. Ancaq sona 5 tur qalmışa kimi hətta 3-cü olmaq şansımız da var idi. Sadəcə, ehtiyat qüvvəmizin az olması, komandanın çox gənc olması buna mane oldu. Onu da əlavə edim ki, biz çempionatın ən az qol buraxan komandası olduq.


Heyətin böyük hissəsinin çox gənc olduğunu nəzərə alsaq, komandamın çıxışından böyük ölçüdə – 80 faiz razı qaldım. Hazırda heyətdə 2002-ci il təvəllüdlü uşaqlar var. Çalışacağıq ki, növbəti mövsümdə onlara da şans verək. Fikrimcə, biz düzgün yoldayıq. Seçdiyimiz strategiya düzdü. Gənclərimizə şans veririk ki, gələcəkdə həm milli komandalara, həm də əsas komandaya cəlb olunsunlar.


Fikrimcə, uşaqlar günü-gündən inkişaf edirlər. Bir məşqçi olaraq bunu hiss edirəm”.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X