16:28 11.05.2019 1337

Ramin Musayev: "Səbəb atmacalar, hədə-qorxu idi"

Peşəkar Futbool Liqasının prezidenti Ramin Musayevmüsahibəsində bu gün Azərbaycan Premyer Liqasınının mövsümdəsonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ"oyunu ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib:


– Son günlərdə "Neftçi” – "Qarabağ” matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdür, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq.


– Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdir, intriqadır?

– Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.


– "Qarabağ” tərəfi sakitdir, amma "Neftçi” rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb…

– Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün "Qarabağ”ı qəbul edən tərəf "Neftçi”dir. Cavabdeh də onlardır. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldır. Burada qeydi-adi heç nə yoxdur. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin feysbukda bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərar gəldik ki, oyun "Bakcell Arena”da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdır. Bu, futbolun bir marağıdır. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən "Neftçi”də işləyəndə azarkeş sayına görə rekord qırdıq. Ölkə kubokunun 1/4 finalı olsa da, "Xəzər Lənkəran”la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, bir-birilərini oyunlarına dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonradəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu həmişə qarşılıqlı olub.


– "Neftçi” rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?

– Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, ya yox?


– Hər halda Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil…

– Bilirəm, amma bu oyuna olan maraq heç də final matçından geri qalmır.


– İstənilən halda bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdur…

– Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdur.

 

Mənbə: yenicag.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X