"Çempionatın son oyunu
idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə
lazım idi. Lakin alınmadı".
Fanat.Az xəbər verir ki, bu sözləri
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının
sonuncu - 28-ci turunda "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları
oyundan sonra keçirilən mətbuat konfransında deyib. Ölkə kubokunda finala
qaldıqlarını xatırladan gənc mütəxəssis mövsümü titulla başa vurmaq
istədiklərini bildirib:
"Zədədən əziyyət çəkən oyunçularımıza istirahət
verdik. Bu gün gənc futbolçular istəkli idilər. Qol epizodlarımız oldu, istifadə
edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli
baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni
edəcəyik ki, mövsümü titulla başa vuraq”
Fanat.Az