"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Çox danışmağa bir şey yoxdu. Uşaqlarda motivasiyanı qaldıra bilmədik. Zədəli futbolçularımız çoxdu. Cavanlara şans verdik. Gələcəyin komandasını qurmaq istəyirik. Çatışmayan cəhətlərimiz çoxdu.
- Klubda qalmağınızla bağlı rəhbərliklə danışığınız olubmu?
- Demək olar ki, hə. Qarşımıza mövsümü sonuncu pillədə bitirməmək məqsədi qoyulmuşdu. Bunu bacardıq.
- İlk dövrədə daha yaxşı oyun sərgiləyirdiz. İkinci dövrədə isə əksinə. Buna səbəb nə idi?
- Yanvardan sonra keçirdiyimiz 14 oyunun 6-da qırmızı vərəqə aldıq. Bu da oyunumuza təsir göstərdi. İki dövrəyə 10 xal yığdıq, yaxşı nəticə deyil.
- Heyətdə çox dəyişikliklər olacaq?
- Dəyişikliklər olacaq. Çox, ya az olacağını deyə bilmərəm.
Fanat.Az