"Çempionluğu
daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik".
Fanat.Az
xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun
"Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport"a
açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionluğu şərh edən təcrübəli mütəxəssis bugünkü qarşılaşma ilə bağlı da
qısa danışıb:
"Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib
gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu
bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm.
Həmçinin"Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün
asan olmadı".
Fanat.Az