PSJ-nin italiyalı qolkiperi Canluici Buffon bu yay karyerasını bitirmək niyyətində deyil.
Fanat.Az "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 41 yaşlı qapıçı Çempionlar Liqasında oynayacaq bir neçə klubla danışıq aparır.
Daha öncə Paris klubunun müqaviləsinin müddəti bu yay başa çatacaq Buffonla yeni sözləşmə imzalamayacağı barədə informasiyalar yayılmışdı.
Fanat.Az