Braziliyanın
"Santos" klubunun prezidenti Xose Karlos Peres sabiq oyunçuları
Neymarın gələcəyi haqda danışıb.
Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, klub başqanı 27 yaşlı futbolçunu "Real"da görmək
istədiyini bildirib:
"Ümid edirəm ki, Neymar "Real"a keçəcək. Bu,
onun üçün ən yaxşı yerdir. "Barselona"nı tərk etməsi doğru addım
deyildi. Həmin vaxt o, oyunçu kimi inkişaf edirdi. Klub dəyişikliyindən sonra
isə uğur qazana bilmədi. Mən "Real" azarkeşiyəm. Bu klubda hər şey
idealdır. Əgər Neymar "Real"ın formasını geyinmək şansı qazansa, iki
dəfə düşünməməlidir".
Qeyd edək ki, 2 il öncə "Barselona"dan 222 milyon
avro qarşılığında PSJ-yə keçən Neymar "Santos"un yetirməsidir. O,
2009-2013-cü illərdə ölkəsinin əsas komandasında çıxış edib.
Fanat.Az