"Qarabağ" hazırlıqlarını davam etdirir. 2013-2014 mövsümünün startına Bakıda başlyan komanda daha 3 gün paytaxtda çalışmalarını sürdürəcək. "Qarabağ" çalışmalarını tam heyətlə keçmir. Belə ki, komandanın legionerləri birbaşa Türkiyədə keçəcək təlim-məşq toplanışına yollanacaq. Eləcə də milli futbolçuları həmin gün komanda ilə birgə qardaş ölkəyə yollanacaq. "Qarabağ" iyunun 13-ü səhər Bakı-Ankara reysi ilə Türkiyəyə hərəkət edəcək. Komanda daha öncə xəbər verdiyimiz kimi, Qızılcahamamdakı "Patalya" otelində məskunlaşacaq.
İdman24.az