10:42 13.05.2019 1503

"Seleksiya işinə gec başlamışıq" - MÜSAHİBƏ

15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi və aşağı yaş qrupu üzrə millilərin koordinatoru Miloş Velebit affa.az saytına müsahibə verib.

 

 

Fanat.Az xəbər verir ki, çalışdırıcı aşağı yaş qruplarındakı ümumi durum barədə fikir bildirib.


- Təyinatınızdan 3 ay keçib. Bu müddət ərzində nə kimi işlər görmüsünüz?

- Aşağı yaş qruplarından ibarət yığma komandaların məşqçi heyəti ilə bir çox görüşlər keçirmişik. Əsas məqsədimiz vahid komanda kimi birlikdə çalışmaqdı. Hazırda U-15-dən U-19-dək eyni fəlsəfə və eyni sistem üzərində iş qurmuşuq. Tətbiq etmək istədiyimiz fəlsəfəni, sistemi təlim-məşq toplanışlarında həyata keçirməyə çalışırıq. Məşqçilər arasında çox yaxşı münasibət var. Dediyim kimi, eyni fəlsəfə, eyni sistemlə bu yolu birgə addımlayırıq. Ötən 3 ay ərzində 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında bir neçə seleksiya xarakterli toplanışımız oldu. Gələcək yığma üzvlərinin nəyə qadir olduqlarını öyrənmək üçün 2005-ci il təvəllüdlü yeniyetmələr üçün seleksiya xarakterli təlim-məşq toplanışları keçmişik. Bundan əlavə, 12 yaşdan 15 yaşadək yeniyetmələr üçün elit-məşq layihəsinin ölkə ərazisində tətbiqinə başladıq.


- Ölkəmizə gəlməzdən əvvəl Azərbaycan futbolu haqda nə bilirdiniz? Təsəvvürünüzdəki ilə reallıq arasında çoxmu fərq var?

- İndiyədək iki dəfə Azərbaycanın U-17 və U-19 yığma komandaları ilə qarşılaşmışdım. Əlbəttə, təyinatımdan əvvəl müəyyən məlumatım vardı. O ki qaldı təəssüratlarımla reallıq arasındakı fərqə, elə bir fərq yoxdu. Azərbaycanlı uşaqların yaxşı potensialı var. Bizim əsas işimiz onların potensialını düzgün istiqamətə yönəltmək və davamlı olmasına kömək etməkdi. Hansısa mərhələdə onları itirməməliyik.


- Bir çox seleksiya xarakterli toplanışlar keçirdiyinizi dediniz. Rəhbərlik etdiyiniz yaş qrupu üzrə uşaqların hamısını iş başında izləmək imkanınız olubmu?

- Seleksiya işinə bir qədər gec başlamışıq. Uşaqlar haqda nə qədər öncədən çox məlumatlı olsaq, daha yaxşıdı. Bu il üçün 2003, 2004 və 2005-ci illərin seleksiyasını tamamlamışıq. Avqust-sentyabrdan 2006-2007-ci il təvəllüdlü uşaqların seçiminə başlayacağıq. Bu prosses ilboyu davam edəcək. Haradasa istedadlı uşaqlar aşkarlasaq, yığma komandalara cəlb edəcəyik.


 

- Azərbaycanlı uşaqların istedadlı olduğunu, potensialını düzgün istiqamətləndirməyin vacibliyini qeyd etdiniz. Bu yaş qruplarında çıxış edən uşaqlarda mənfi və müsbət mənada diqqətinizi cəlb edən nə olub?

- Rəhbərlik etdiyim yaş qrupunda bir qrup var ki, onlar çox istedadlıdılar. Digər bir qrup isə normaldı. Belə demək mümkünsə, keyfiyyət var, amma kifayət edəcək qədər deyil. Bu amil hər yaş qrupunda normaldı. Biz onların çatışmazlıqları üzərində çalışıb keyfiyyəti daha da artırmalıyıq.


- Bu yaş qrupunda yer alan uşaqların avropalı həmyaşıdları ilə müqayisədə nə kimi çatışmazlıqları və ya üstünlükləri var?

- Aparıcı Avropa ölkələri ilə müqayisə etsək, onların fərdi və taktiki bilikləri çoxdu. Təəssüf ki, bizdə belə deyil. Əgər düzgün iş qursaq və yetərincə zaman verilsə, top ölkələrlə yox, orta səviyyəli Avropa ölkələri ilə rəqabət apara biləcək inkişaf səviyyəsinə yüksələ bilərik. Qısa vaxtda top ölkələr səviyyəsinə yüksəlmək çətindi. Yaxın gələcək üçün əsas məqsədimiz oyun keyfiyyətini yüksəltməkdi. Oyun keyfiyyətini artırdıqdan sonra nəticələr barədə düşünə bilərik.


- Ümumiyyətlə, klubların uşaq futbolunun inkişafı istiqamətində gördüyü işlər, yaratdıqları akademiyanın fəaliyyəti sizi qane edirmi?

- Bu barədə ümumi danışmaq olmaz. Hər klubda fərqli-fərqlidi. Elə klublar var ki, istedadlı uşaqlar çoxdu. Elə klublar da var ki, məşqçiləri çox yaxşıdı. Biz nəyi dəyişmək istəyirik? Bütün məşqçilərlə söhbət edib bildirməliyik ki, nəticə qazanmağa çalışmasınlar. Bu yaşda uşaqlara nəticə lazım deyil. Məşqçilər nəticəni fikirləşməməlidilər. Çünki ancaq nəticə haqda düşünəndə oyun keyfiyyəti, uşaqların inkişafı ikinci plana keçir. Bu barədə məşqçilərlə söhbət etməliyik.


- Siz eyni zamanda aşağı yaş qrupu üzrə yığma komandaların koordinatorusunuz. Kompleks şəkildə işlər gördüyünüzü qeyd edirsiniz. Uşaq futbolunun əsas çatışmazlıqlarından biri də müəyyən yaş dövründən sonra inkişaf edə bilməməsi və ya tamamilə "itməsi”di. Bu problemin həlli yolu necədi?

- Bu problem, demək olar ki, hər ölkədə var. Ancaq bəzilərində mimimum, bəzilərində isə daha çoxdu. Bunun həlli yollarından biri futbolçulara güvənmək və mütəmadi oynatmaqdı. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün strategiya müəyyən edib. Premyer Liqada və I divizionda gənclərə şans verilməsi doğru yanaşmadı.


- Gələcəklə bağlı planlarınız nədən ibarətdi?

- Qarşıda görüləcək çox işimiz var. Bu ay U-19-un iki təlim-məşq toplanışı olacaq. İyunda seleksiya xarakterli toplanışlarımız planlaşdırılıb. Avqustdan isə geniş şəkildə seleksiya işinə start verəcəyik. Həmçinin ölkə ərazisində elit-məşq layihəsini həyata keçirəcəyik. Oktyabr-noyabr aylarında isə seçmə mərhələ oyunlarımız olacaq.


 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X