"Bütün futbolçularımızın
Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Mxitaryanı oynatmaqistəyirik. O, "Bernli” ilə görüşdə xoş təsir bağışladı”.
Fanat.Az "The
Sun" nəşrinə istinadən xəbər verir ki, bu sözləri
"Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.
İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında
erməni Henrik Mxitaryanında xidmətindən
yararlanmaq istəyir:"Bu, siyasi məsələ
olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə
deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz
əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".
Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. Məsələyə müsbət yanaşmayan 48 yaşlı mütəxəssisuzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".
Xatırladaq ki,mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda"Arsenal"la "Çelsi" qarşılaşacaq.
Fanat.Az