"Mançester Yunayted”in sabiq kapitanı, hazırda Britaniya televiziyalarının birində ekspert kimi çalışan Hari Nevill İngiltərə Premyer Liqasının 38-ci turunda ciddi xəsarətdən son anda qurtulub.
Fanat.Az-ın məlumatına görə, Nevill "Brayton” – "Mançester Siti” (1:4) matçında bir qrup qonaq tərəfdarın atmacalarına məruz qalıb.
MY-nin əzəli rəqibinin radikal fanatlarının atmacalarını cavabsız qoymayan Hari yoluna davam edib. Bu zaman fanatlardan biri pivə bokalını sabiq müdafiəçiyə tərəf atıb. Amma əməkdaşlıq etdiyi telekanalın stadiondakı çəkilişinə tələsən Nevill başını hədəfdən yayındıra bilib.
Fanat.Az