Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” da sonuncu oyununu keçirib.
Sözügedən kollektiv 26-cı tur çərçivəsində doğma meydanda "Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Murad start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 65-ci dəqiqədə məhz Mahmudov vurub.
Frankfurt təmsilçisi mövsümü 12 xalla 14 kollektiv arasında sonuncu pillədə başa vurub.
Fanat.Az