"Köln"ü elitada çalışdıracaq mütəxəssisin kimliyi bəllidi.
Fanat.Az klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, Bundesliqaya vəsiqə qazanan komanda Axim Bayerlortserlə anlaşıb.
52 yaşlı mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Bayerlortser hazırda II Bundesliqa təmsilçisi "Yan Reqensburq"u çalışdırır və komanda 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, II Bundesliqanın qalibi olan "Köln" 2000-ci ildən bəri 6-cı dəfə elitaya vəsiqə qazanaraq, böyük çempionatlarda rekorda imza atıb
Fanat.Az