Azərbaycan Premyer Liqasının 28-ci turunun rəmzi komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, rəmzi komandada sonuncu turda "Neftçi”ni 3:2 hesabıyla məğlub edən "Qarabağ”dan 3 futbolçu yer alıb:
Qapıçı: Rəşad Əzizli ("Sumqayıt”);
Müdafiəçilər: Donald Gerye ("Qarabağ”) - 9, Voyislav Stankoviç ("Qəbələ”) - 6, Bəxtiyar Həsənalızadə ("Zirə”) - 3, Sərtan Taşqın ("Keşlə”) - 3;
Yarımmüdafiəçilər: Samir Məsimov ("Keşlə”), Elvin Məmmədov ("Sumqayıt”), Riçard Almeyda ("Qarabağ”) - 6, Dani Kintana ("Qarabağ”) - 10;
Hücumçular: Conatan Ayite ("Keşlə”) - 3, Xulio Sezar Rodriqes ("Zirə”) - 4;
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.
Fanat.Az