"Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra "Sky Sports”a qalmaqallı açıqlama verib.
Fanat.Az xəbər verir ki, top qovduğu dönəmdə Fransa millisinə də müntəzəm dəvət alan Evra belə deyib:
"Bəzi futbolçular "Yunayted”ə yalnız pula görə keçib. Bunu dilə gətirməkdən qorxmuram. Aleksis Sançeslə hər hansı problemim yoxdu. Amma Sançesin transferini eşidəndə bunu klub tarixinə qarşı hörmətsizlik saydım. O, "Mançester Siti”yə də keçə bilərdi. Orda Pep Qvardiolanın rəhbərliyi altında "artırar”, futbolçu kimi daha çox şeyə nail olardı. Bağışlayın, amma indi "Siti”nin "Yunayted”dən yaxşı olduğu faktdı. "Şəhərlilər”in az məbləğ təklif etməsi isə həlledici oldu. Başqa səbəb haqda düşünə bilmirəm. Xahiş edirəm, onun guya uşaqlıqdan "Yunayted” azarkeşi olduğunu deməyin. Bu, çeynənmiş söhbətdi. Ya pula görə belə edib, ya da 7 nömrəli futbolkanı geyinmək, əsas ulduza çevrilmək üçün”.
Fanat.Az