14:50 15.05.2019 2791

Get, get, dayanma get

Roberto Bordinin "Neftçi"dəki "uğuru" italyanları yaman hərəkətə gətirib. Deyilənə görə, baş məşqçi axtarışında olan "İnter", "Milan" və "Roma" son illərin dəyişməz çempionu "Yuventus"u taxtdan salmağın yeganə yolunu məhz Bordində görürlər.
 
İtaliyalı həmkarlarımız yazıb ki, onun ölkə xaricində çalışdırdığı komandaların "tüğyan" etməsi bu cür məşqçini əldən buraxan yerli klubları peşman edib. Səhvlərini düzəltmək və titullar qazanmaq üçün də "Neftçi"nin çalışdırıcısına göz dikiblər. Hər halda, İtaliya KİV-nin yazdığından bu qədər şişirdilmiş olmasa da, belə başa düşdük ki, bu ölkədə Bordinə ehtiyac var. Allah qovuşdursun!
 
Ancaq içi boş transfer iddialarını sevən Bordinin həmyerliləri bunu yazanda onun Moldova, Azərbaycan kimi futbolu geridə qalmış ölkələrdə çalışdığını, İtaliyada isə belə məşqçilərin "vaqonla" olduğunu bilmirlərmi? Yayılan bu məlumatın "Neftçi" rəhbərliyinin növbəti "oyunu" olduğunu görmək çətin deyil. Moldovada "Şerif"i çempion edən məşqçini ötən il gətirib onunla 2 illik müqavilə imzalayan rəhbərlik indi qərarından peşmandı.
 
Klub prezidenti Kamran Quliyevin əlində olsa, həmən Bordini ölkəsinə yola salar, hətta özü aparıb ötürər ki, bir də bu tərəflərə ayağı dəyməsin. Amma əcnəbidi, müqavilə müddəti davam etdiyindən ortada təzminat söhbəti var. İtaliyadan marağın olması isə menecerlərlə aparılan işbirliyinin nəticəsidi.
 
İtaliya illərlə Avropanın nəhəng yığmalarına, klublarına məşqçi vermiş ölkədi. Ancaq yeni nəsildə barmaqla sayılacaq qədər güclü mütəxəssisləri var. Bordin isə, bəlkə də, ölkəsinin heç "1000-liy"inə düşə bilməz. Sırf italyan olmasına susayan "Neftçi" rəhbərliyi bunun cəzasını da çempion olmamaqla çəkdi. Axı bu məşqçi geridə qalan bir il ərzində nələr etdi? Təzə gələndə "transfer işinə qarışmıram, rəhbərlik kimi lazımdısa gətirir" deməklə hansı xarizmada olduğunu göstərdi. Tərlan Əhmədovun "bürünc" qazandığı kollektivdən qat-qat güclüsü italyanın ixtiyarına verildi. Təkcə Ayxan Abbasov əlindəki kasad heyətlə, şahmat dili ilə desək, onu neçə dəfə mat etdi.
 
"Neftçi"yə yaraşmayan qorxaq futbol oynatdı. Komanda hesabda geri düşəndə əl-ayağı dolaşdı, ortaya məşqçi işi qoymadı. Transferlərin çoxu fiasko ilə nəticələndi. Sadəcə, Mamadu Mbodj, Emin Mahmudov, Baqali Dabo kimi futbolçuların fərdi ustalığı, "Qarabağ" istisna olmaqla digər klubların "can üstə" olması sayəsində "Neftçi" çempionluq uğrunda yarışa bildi. Bunda "Qarabağ"ın avrokuboklardakı çıxışını da əlavə etmək lazımdı.
 
Çünki Ağdam təmsilçisi mövsümün ilk yarısında məhz Avropa Liqası matçlarına görə "Neftçi" də başda olmaqla, bir çox oyuna ehtiyat qüvvə ilə çıxmışdı. "Xalqın gözü tərəzidi" ifadəsi boş yerə işlədilmir. "Neftçi" azarkeşləri də kimin nəyə qadir olduğunu görəcək qədər futbolu gözəl bilirlər. Bordin də ilk gündən fanatların bəyənmədiyi, qəbul etmədiyi baş məşqçi oldu. İndi siz deyin: bu qədər səriştəsiz məşqçini İtaliyanın hansı komandası istəyər? "Bordinə İtaliyadan təklif" söhbətini Kamran Quliyevin növbəti uğursuz zarafatı kimi qəbul edib, "Neftçi"yə layiq olmayan baş məşqçiyə tezliklə Tanrının yoxdan bir təklif yetirəcəyinə inanaq.
 
İtaliya olmasın, İtaliyaya yaxın San Marino olsun, yetər ki, təklif gəlsin və senyor Roberto şələ-şüləsini, İtaliyadan gətirdiklərini, Sansoneni də götürüb "ağ-qaralar"ın canından əl çəksin. Kamran müəllimi də apara bilsə, "Neftçi"nin yeni tikiləcək bazasına Bordinin adını vermək olar. Ölkənin ən köklü klubuna layiq olmayan prezidenti aparacaq şəxs yalnız dərin ehtirama layiqdi. Odur ki, Bordinə də, Quliyevə də tezliklə layiq olduqları yerə getməyi və "Neftçi"ni rahat buraxmağı arzulayaq.
 
Tanınmış bozbaş mahnılardan birində deyildiyi kimi: Get, get, dayanma get, sinyor Bordin! Sansoneni və Kamran müəllimi də özünlə apar. (matc.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X