"Keşlə" 13 futbolçusu ilə yolları ayırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bunlar Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Angelo Penadır.
Klub rəhbərliyi sözügedən futbolçuların hər birinə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Fanat.Az