Bu mövsümün sonu "Yuventus"dan ayrılacaq baş məşqçi Massimiliano Alleqri açıqlama verib.
Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis Turin klubunun ona layiqli əvəzləyici tapacağını söyləyib: "Bu "Yuventus"u yaratmaq üçün 5 il lazım oldu, amma indi hər şey bitir. Həyat davam edir, indi evə gedirəm, sonra bir az istirahət edəcəm. "Yuventus"u kimin çalışdıracağını bilmirəm, amma əminəm ki, bu, böyük məşqçi olacaq. Çünki "Yuventus" böyük klubdur. Bu, 5 il gözəl idi"
Qeyd edək ki, istefa ilə bağlı Alleqri və klubun Direktorlar Şurasının sədri Andrea Anyelli bu gün mətbuat konfrası keçirəcək.
Fanat.Az