"Los-Anceles
Qelaksi"nin ulduz forvardı Zlatan İbrahimoviç iki oyunluq cəza alıb.
Fanat.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, səbəb 37 yaşlı isveçlinin MLS liqasının son turunda "Nyu-York Siti" ilə görüşdə rəqib
qapıçısı ilə aralarında yaşanan insidentdir.
İbra komandası 0:2 uduzduğu matçın sonuna yaxın vaxtı
uzatmağa çalışan rəqib qolkiper Şon Consonla mübahisə edib. Qapıçı onu itələyib.
İbrahimoviç isə rəqibinin boğazından yapışıb.
Qeyd edək ki, Zlatan bu mövsüm MLS-də çıxdığı 10 oyunda rəqib qapıçıları 9 dəfə məyus edib.
Fanat.Az