Türkiyənin1-ci liqasında mövsümə yekun vurulur.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Boluspor” da bu mövsüm sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda "Əskişəhərspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:2. Ufukun adı oyunun iştirak ərizəsinə salınmayıb.
"Boluspor” mövsümü 49 xalla 18 iştirakçı arasında 9-cu pillədə başa vurub.
Fanat.Az