"Zirə”dən ayrılan Kamal Bayramovun harda qərar tutacağı maraq doğurur.
Fanat.Az-ın məlumatına görə, baş məşqçi Samir Abasovun vidalaşdığı qolkiper "Sumqayıt”a keçə bilər. "Kimyaçılar”ın sözçüsü Rəşad Məmmədovun bu barədə saytımıza verdiyi açıqlama belə oldu:
"Kamalla qışda maraqlanmışıq. Amma bu gün dəqiq nəsə deyə bilmərəm. Kubokun finalından sonra kimin gedib kimin qalacağı, eləcə də yeni transferlər müəyyənləşəcək. Dəqiq desəm, mayın 22-dən sonra bilinəcək”.
Fanat.Az