"Məndə olan
müsbət keyfiyyətlərdən biri də digər klublara və onların rəhbərliyinə hörmət
etməyimdir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in
sabiq baş məşqçisi – ötən ilin dekabrında istefaya göndərilən Joze Mourinyo "goal.com"a
açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssisməşqçiliyə verdiyi fasiləyə bu yay son qoyacağını qeyd edib: "Heç vaxt mənə təklif göndərən klubun adını çəkməmişəm. Dekabrda "Mançester Yunayted"də ayrılanda bildirdim ki, işə yayda qayıdacam. İndi də deyirəm ki, məni qane edən təkliflə razılaşıb, iyulda məşqçiliyə qayıdacam".
Fanat.Az