"Marsel"in italiyalı
forvardı Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, "Fənərbaxça" futboldankənar həyatı ilə tez-tez gündəmə gələn hücumçuya təklif göndərib. Bu mövsüm adının kölgəsinə bənzəyən "sarı bülbüllər" hücumdakı problemləri aradan qaldırmaqda qərarlıdır.
Ulduz fuybolçu hələlikİstanbul klubuna cavab
verməyib.
Qeyd edək ki, bu ilin
yanvarında Fransa klubu ilə 6 illik müqavilə imzalayan Balotelli Fransa
Liqasında 14 oyuna 8 qol vurub.
Fanat.Az